...

ABŞ-da metroda atışma: 1 ölü, 4 yaralı

Dünya xəbərləri Materials 14 Aprel 2017 03:17 (UTC +04:00)
ABŞ-ın Atlanta şəhərində (Corciya ştatı) metroda naməlum şəxs insanlara silahdan atəş açıb
ABŞ-da metroda atışma: 1 ölü, 4 yaralı

Bakı. Trend:

ABŞ-ın Atlanta şəhərində (Corciya ştatı) metroda naməlum şəxs insanlara silahdan atəş açıb.

Trend-in məlumatına görə, atışma nəticəsində 1 nəfər həlak olub, 4 nəfər isə yaralanıb. İnsident "West Lake" stansiyasında baş verib.

Atəş açan şəxs polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti