...

5 türk hərbçi ölüb, 5-i yaralanıb - Son 7 gündə

Dünya xəbərləri Materials 21 Aprel 2017 12:23 (UTC +04:00)
Türkiyə Silahlı Qüvvələrinin son 7 gün ərzində apardığı antiterror əməliyyatları zamanı 45 terrorçu məhv edilib.
5 türk hərbçi ölüb, 5-i yaralanıb - Son 7 gündə

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələrinin (SQ) son 7 gün ərzində apardığı antiterror əməliyyatları zamanı 45 terrorçu məhv edilib.

Bu barədə Trend Türkiyə SQ Baş Qərargahına istinadən məlumat verir.

Türkiyə hərbçilərindən isə 5-i ölüb, 5-i xəsarət alıb.

Qeyd olunur ki, 14-20 aprel tarixlərində Şırnak, Hakkari, Diyarbəkir, Batman, Mardin və Bitlis vilayətlərində terrorçuların ölkəyə giriş üçün istifadə etdikləri ərazilərdə aparılan əməliyyatlar fasiləsiz davam edib.

Terrorçulara məxsus xeyli sayda silah-sursat və partlayıcı qurğular, həmçinin minalanmış 4 avtomobil ələ keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti