...

Venesuelada etiraz aksiyaları zamanı ölənlərin sayı 12-yə çatıb

Dünya xəbərləri Materials 22 Aprel 2017 06:47 (UTC +04:00)
Venesuelanın Karakas şəhərində etiraz aksiyaları zamanı ölənlərin sayı 12-yə çatıb.
Venesuelada etiraz aksiyaları zamanı ölənlərin sayı 12-yə çatıb

Bakı. Trend:

Venesuelanın Karakas şəhərində etiraz aksiyaları zamanı ölənlərin sayı 12-yə çatıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Venesuelanın baş prokurorluğu məlumat yayıb.

Xəbərdə deyilir ki, daha 7 nəfər xəsarət alıb.

Qeyd edək ki, Venesuelada kütləvi etirazlar, Ali Məhkəmə tərəfindən müxalifət milli assambleyasının səlahiyyətlərinin ciddi məhdudlaşdırmasından sonra başlayıb. Qərar sonradan ləğv olunsada, müxalifət tərəfdarları məhkəmənin üzvlərinin istefası tələbi ilə küçələrə çıxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti