...

ABŞ Şimali Koreyaya qarşı sanksiyaları gücləndirəcək

Dünya xəbərləri Materials 27 Aprel 2017 02:15 (UTC +04:00)
ABŞ Şimali Koreya hakimiyyətinin nüvə proqramından imtina etməsi üçün, bu ölkəyə qarşı sanksiyaları gücləndirmək niyyətindədir
ABŞ Şimali Koreyaya qarşı sanksiyaları gücləndirəcək

Bakı. Trend:

ABŞ Şimali Koreya hakimiyyətinin nüvə proqramından imtina etməsi üçün, bu ölkəyə qarşı sanksiyaları gücləndirmək niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə ABŞ müdafiə naziri Ceyms Mettisin, dövlət katibi Reks Tillersonun və Milli Kəşfiyyat direktoru Den Koutsun birgə bəyanatlarında bildirilir.

Qeyd edək ki, çərşənbə günü ABŞ administrasiyası bütün konqres üzvləri üçün xüsusi bağlı brifinq keçirib. Bu brifinqdə Şimali Koreya probleminin həlli müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti