Bakı. Trend:
Hindistanın şimalında qar uçqunu baş verib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, qar uçqunu avtomobil yolunda sərnişin mikroavtobusunu vuraraq, 100 metr dərinlikdə olan dərəyə salıb. Hadisə nəticəsində mikroavtobusda olan 5 nəfər həlak olub, 4 nəfər yaralanıb, 2 nəfər isə itkin düşüb.
Qeyd edək ki, 2017-ci ilin əvvəlindən bu günə qədər Camma və Kəşmirdə qar uçqunu nəticəsində 20 hərbçi və 5 yerli sakin həlak olub.