...

Pakistanda PARTLAYIŞ - Ölənlər və yaralananlar var (YENİLƏNİB-2)

Dünya xəbərləri Materials 23 İyun 2017 09:05 (UTC +04:00)
Pakistanın Kvetta şəhərində (Belucistan əyaləti) baş vermiş partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb
Pakistanda PARTLAYIŞ - Ölənlər və yaralananlar var (YENİLƏNİB-2)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 08:42-də yayımlanıb)

Bakı. Trend:

Pakistanın Kvetta şəhərində (Belucistan əyaləti) baş vermiş partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

Trend-in "Geo TV"yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 14 nəfər yaralanıb. Yaralananlardan azı 4-nün vəziyyəti ağır qiymətləndirilir.

XXX

08:57

Pakistanın Kvetta şəhərində (Belucistan əyaləti) güclü partlayış baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, partlayış nəticəsində azı 4 nəfər həlak olub, 10 nəfər yaralanıb.

Məlumata əsasən, yaralananlardan 2-nin vəziyyəti ağır qiymətləndirilir.

XXX

08:42

Pakistanın Kvetta şəhərində partlayış baş verib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, ilkin məlumatlara əsasən, partlayış nəticəsində azı 2 nəfər həlak olub.

"Geo TV" telekanalının verdiyi məlumata əsasən, partlayış Belucistan əyalətinin polis rəhbərinin ofisinin yaxınlığında baş verib və nəticədə 10 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti