...

Nazir: İŞİD-dənTürkiyəyə neft gəlmir

Dünya xəbərləri Materials 16 Sentyabr 2014 02:45 (UTC +04:00)
İraqdan Ceyhana hər gün təxminən 200 min barrel neft daxil olur, amma biz bilirik ki, İŞİD qruplaşmasının nefti bizə daxil olmur.
Nazir: İŞİD-dənTürkiyəyə neft gəlmir

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

İraqdan Ceyhana hər gün təxminən 200 min barrel neft daxil olur, amma biz bilirik ki, İŞİD qruplaşmasının nefti bizə daxil olmur. Trend "Anadolu" agentliyinə istinadən bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bazar ertəsi jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bəzi KİV-lərdə İŞİD-in qara bazar vasitəsilə Türkiyəyə neftin satılması barədə yayılan məlumatlar yalandır.

"Belə bir dezinformasiya Türkiyənin beynəlxalq nüfuzuna zərbə vurmaq üçün yayılır", - nazir bildirib.

O, əlavə edib ki, Türkiyə neftin harada çıxarılması barədə hesabatlar alır və dəqiq bilir ki, o Ərbil və Bağdaddan daxil olur.

Xəbər lenti

Xəbər lenti