...

Gürcüstanın Baş naziri Avropa Oyunlarının açılışında iştirak edəcək

Baku 2015 : EUROGAMES Materials 18 May 2015 16:00 (UTC +04:00)
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili iyunun 12-13-də Bakıda I Avropa Oyunlarının açılışında iştirak edəcək.
Gürcüstanın Baş naziri Avropa Oyunlarının açılışında iştirak edəcək

Azərbaycan, Bakı, 18 may /Trend/

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili iyunun 12-13-də Bakıda I Avropa Oyunlarının açılışında iştirak edəcək. Bu barədə Trend "Qruziya-Onlayn"a istinadən məlumat verir.

İ.Qaribaşvili Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Batumidə yeni ofisinin açılışında bəyan edib ki, Azərbaycan Gürcüstanın vacib strateji tərəfdaşıdır: "Bu, Acarıstan üçün vacib investisiyadır. SOCAR prezidenti Rövnəq Abdullayevə təşəkkür etmək istəyirəm. Yeni ofisin açılışı münasibətilə Acarıstan hökumətini də təbrik edirəm. Azərbaycan Gürcüstanın vacib strateji tərəfdaşıdır və biz bu investisiyaları alqışlayırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti