...

Gürcü rəssam: Sanki nə vaxtsa Bakıda yaşamışam (FOTO)

Mədəniyyət Materials 11 İyun 2012 14:13 (UTC +04:00)
Bakıda "Art Garden" qalereyasında batika sərgisinin açılışı olub. Sərgidə Eka Xuntsariya, Keti Kavtaradze, Nino Kvavilaşvili, İrma Xoperiya və Nino Xoperiya əl işlərini təqdim ediblər.
Gürcü rəssam: Sanki nə vaxtsa Bakıda yaşamışam (FOTO)

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir C.Babayeva/

Bakıda "Art Garden" qalereyasında batika sərgisinin açılışı olub. Sərgidə Eka Xuntsariya, Keti Kavtaradze, Nino Kvavilaşvili, İrma Xoperiya və Nino Xoperiya əl işlərini təqdim ediblər.

Trend-in məlumatına görə, sərginin açılışına yalnız Eka Xuntsariya və Keti Kavtaradze gələ biliblər.

Onlar qeyd ediblər ki, Bakıda əsərlərini təqdim edə bildiklərinə görə şaddırlar.

"Bakı çox xoşumuza gəldi. Mən bu şəhəri sevdim, məndə elə təəssürat yaranıb ki, sanki nə vaxtsa burada yaşamışam", - xanım Xuntsariya bildirib.

1994-cü ildə Gürcüstanın beş rəssamı "La Masion Blue" toxuculuq studiyasınının əsasını qoyub. "La Masion Blue"nun rəssamları Gürcüstanda və dünyada təşkil edilən sərgilərdə öz işlərini təqdim edirlər.

Xəbər lenti

Xəbər lenti