İranda “Möhtəşəm yüz il” serialına görə bir qrup şəxs həbs olunub

Mədəniyyət Materials 17 Dekabr 2012 09:53 (UTC +04:00)
İranda "Möhtəşəm yüz il" serialını fars dilinə dublyaj edən bir qrup şəxs qanunsuz fəaliyyətlərinə görə həbs olunub.
İranda “Möhtəşəm yüz il” serialına görə bir qrup şəxs həbs olunub

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir T.Cəfərov/

İranda "Möhtəşəm yüz il" serialını fars dilinə dublyaj edən bir qrup şəxs qanunsuz fəaliyyətlərinə görə həbs olunub. Trend-in məlumatına görə, bu barədə Tabnak.ir saytı məlumat verir.

Məlumata əsasən, "Möhtəşəm yüz il" serialı Tehranda yerləşən studiyaların birində İrana qarşı proqramlar yayımlayan peyk kanalı üçün dublyaj olunurmuş. Həbs olunan şəxslər arasında serialın dublyajında iştirak etmiş ölkənin televiziya və radio təşkilatında çalışan tanınmış aktyorlar da var.

Məlumatda həbs olunanların dəqiq sayı göstərilmir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti