...

Gəncədə “Muğam Televiziya Müsabiqəsi-2013”ün ikinci turuna seçim keçirilib

Mədəniyyət Materials 26 İyun 2013 12:22 (UTC +04:00)
Gəncədə Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatırında “Muğam Televiziya Müsabiqəsi-2013”ün ikinci turuna seçim keçirilib.
Gəncədə “Muğam Televiziya Müsabiqəsi-2013”ün ikinci  turuna seçim keçirilib

Azərbaycan, Bakı, 26 iyun /Trend, müxbir İ.İzzət/

Gəncədə Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatırında "Muğam Televiziya Müsabiqəsi-2013"ün ikinci turuna seçim keçirilib.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, müsabiqə Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan televiziyasının təşkilatçılığı ilə baş tutub. Yarışmaya Gəncə şəhəri ilə yanaşı ətraf rayonlar, Goranboy, Samux, Şəmkir, Daşkəsən, Gədəbəy, Yevlax, eləcə də Gəncədə məskunlaşan Kəlbəcər rayonundan olan məcburi köçkünlər qatılıb.

12 yaşdan yuxarı istedadlı oğlan və qızların iştirak etdiyi müsabiqənin ikinci turuna seçim iyunun 24-də Bərdə rayonundan başlanıb. Gəncədən sonra isə seçim turu iyunun 26-da Şamaxıda davam edəcək.

Ümumilikdə ölkə üzrə növbəti dinləmələr iyulun 3, 4, 5 və 6-da paytaxt Bakıda olacaq və buradan finala 20 nəfər seçiləcək.

Müsabiqənin münsiflər heyətinin tərkibinə xalq artistləri - Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Səkinə İsmayılova, eləcə də Nadir Axundov daxildirlər.

Qeyd edək ki, "Muğam Televiziya Müsabiqəsi 2013"ün finalına avqustun 6-da başlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti