...

Amerikanın məşhur "Filliqar" rok qrupunun Azərbaycanda konserti başlayıb (FOTO)

Mədəniyyət Materials 27 İyun 2013 19:13 (UTC +04:00)
Bu gün Amerikanın məşhur "Filliqar" rok qrupunun Bakıda konserti keçirilir. Trend-in məlumatına görə, Amerikanın məşhur "Filliqar" rok qrupunun Azərbaycana səfəri ABŞ-ın Azərbaycandakı Səfirliyi tərəfindən təşkil olunub.
Amerikanın məşhur "Filliqar" rok qrupunun Azərbaycanda konserti başlayıb (FOTO)

Azərbaycan, Bakı, 27 iyun /Trend müxbir S.Əhmədova/

Bu gün Amerikanın məşhur "Filliqar" rok qrupunun Bakıda konserti keçirilir. Trend-in məlumatına görə, Amerikanın məşhur "Filliqar" rok qrupunun Azərbaycana səfəri ABŞ-ın Azərbaycandakı Səfirliyi tərəfindən təşkil olunub.

"Filliqar" rok qrupunun Azərbaycana səfəri, ABŞ Dövlət Departamentinin himayədarlığı altında həyata keçirilən, mədəniyyətlərarası anlaşmanı və əməkdaşlığı gücləndirmək məqsədini daşıyan "Mədəniyyət Elçiləri" proqramı çərçivəsində həyata keçirilir.

"Filliqar" Azərbaycanın Bakı, Qəbələ, Şəki, Gəncə, Mingəçevir və Sumqayıt şəhərlərində açıq havada ictimai konsertlər verəcək və yerli musiqiçilər üçün bir sıra rok master klasslar keçirəcək.

"Filliqar" iyunun 27-dən iyulun 7-ə kimi Azərbaycanda səfərdə olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti