...

Vudi Allenin "Möcüzələr çarxı" "CinemaPlus"da

Mədəniyyət Materials 20 Fevral 2018 19:25 (UTC +04:00)
Azərbaycanın premium kinoteatrı "CinemaPlus" fevralın 22-dən etibarən "Möcüzələr çarxı" filminin nümayişinə başlayır.
Vudi Allenin "Möcüzələr çarxı" "CinemaPlus"da

Bakı. Trend:

Azərbaycanın premium kinoteatrı "CinemaPlus" fevralın 22-dən etibarən "Möcüzələr çarxı" filminin nümayişinə başlayır.

Trend-in məlumatına görə, bu film yeni əsrdə Vudi Allenin kolleksiyasında, peşəkar operator işi və Keyt Uinslet və Ceyms Beluşinin möhtəşəm oyunu ilə seçilən ən yaxşılardandır.

Film haqqında: Məhşur əyləncə parkının qaynıyan həyatında taleləri qovuşan dörd qəhrəman haqqında, ehtiras, qəddarlıq və satqınçılıq əhvalatı. Hadisələr Nyu-Yorkda mənzərəli Koni Aylenddə cərəyan edir.

Rollarda: Keyt Uinslet, Ceyms Beluşi, Cuno Templ, Castin Timberleyk, Maks Kazella.

"CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti