...

Milli rəqslərimiz Gürcüstanda təqdim olunub (FOTO)

Mədəniyyət Materials 4 İyul 2018 19:02 (UTC +04:00)
Batumi və Kobuleti şəhərlərində Beyəlxalq Folklor Festival-Müsabiqəsi keçirilib.
Milli rəqslərimiz Gürcüstanda təqdim olunub (FOTO)

Bakı. Trend:

29 iyun -3 iyul tarixlərində ənənəvi olaraq Gürcüstanın Batumi və Kobuleti şəhərlərində keçirilən “Морская гармония” adlı Beyəlxalq Folklor Festival-Müsabiqəsində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə Binəqədi Mərkəzi Mədəniyyət evinin “Köhnə Bakı” rəqs qrupunun üzvləri ölkəmizi təmsil ediblər.

İdarədən Trend-ə verilən məlumata görə, qrupunun təqdimatında milli rəqsələrimiz xarici tamaşaçıların böyük marağına səbəb olub və onlarda yaddaqalan xoş təəssürat yaradıb.

Festival-Müsabiqəyə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Rusiya, Ukrayna, Belarusiya, Latviya və İndoneziyadan 50 dən çox müxtəlif kollektivlər qatılıb. Qalibləri beynəlxalq dərəcəli, peşəkar xoreoqrflardan ibarət juri müəyyənləşdirib.

İyulun 3-də keçirilən yekun qala konsertdə ölkəmizi təmsil edən “Köhnə Bakı” rəqs qrupu “Ən yaxşı milli rəqs” nominasiyasında 3-cü yerə, vokal nominaiyasında isə müğənni Əli Quliyev xüsusi medal və diploma layiq layiq görülüblər.

Qara dəniz sahilində təşkil olunan bu Beyəlxalq Folklor Festival-Müsabiqə müxtəlif dünya ölkələrinin təhsil ocaqlarının folklor musiqisi və milli rəqslərini ifa edən qrup və ansambllarını bir araya gətirir. Festival ictimaiyyətin, xüsusilədə uşaqların, gənclərin milli mədəniyyət barədə anlayışını inkişaf etdirmək məqsədi daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti