...

Deputat: İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi xalqın istəyini reallaşdırdı

Gündəm Materials 8 Fevral 2018 17:00 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürməsi xalqın istəyini reallaşdırdı.
Deputat: İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi xalqın istəyini reallaşdırdı

Bakı. Trend:

Yeni Azərbaycan Partiyasının (YAP) İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürməsi xalqın istəyini reallaşdırdı.

Bunu Trend-ə YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirib.

Millət vəkili qeyd edib ki, “Yeni Azərbaycan Partiyasının VI qurultayı möhtəşəm şəkildə baş tutdu. Bu tarixi tədbirdə 2018-ci il aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində partiyanın sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edildi. Məhz cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi ilə xalqın istəyi rəsmiləşdi. İlham Əliyev təkcə 700 mindən çox üzvü olan YAP-ın deyil, ümumilikdə xalqın mütləq əksəriyyətinin dəstəklədiyi namizəddir. Eyni zamanda, Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsi sosial sifariş idi".

S.Vəliyeva bildirib ki, Prezident İlham Əliyevə olan xalqın inamı, istəyi, onun növbəti dəfə də prezident seçilməsini arzulamasının əsasında dövlət başçısının 15 il ərzində görüdüyü işlər, insanlara nümayiş etdirdiyi qayğı və diqqəti durur:

“Prezident İlham Əliyevin son 15 ildəki fəaliyyəti nitəcəsində iqtisadiyyatımız 3,2, qeyri-neft iqtisadiyyatı 2,8 dəfə artıb, sənaye sahəsində 2,6 dəfə, kənd təsərrüfatında 1,7, qeyri-neft ixracında 4,1 dəfə artım olub. Valyuta ehtiyatlarımız 23 dəfə artaraq 44 milyard dollara bərabər olub. Ökə iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulub, 1,9 milyon iş yeri yaradılıb, işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsinə enib. Eyni zamanda, son 15 il ərzində 30 elektrik stansiyası tikilib, qazlaşdırma 93 faizə, fasiləsiz içməli su ilə təminat 67 faizə çatıb, 4 su anbarı - Taxtakörpü, Şəmkirçay, Göytəpə, Tovuzçay su anbarları tikilib, 100 minlərlə hektar suvarılmayan torpaqlara həyat gətirilib, su gətirilib, 12 300 kilometr yol çəkilib və s. Bir sözlə, bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sabitliyi və dimanik inkişafı qorunub saxlanılır. Məhz bu səbəbdən də Azərbaycan seçiciləri cənab İlham Əliyevi yenidən Prezident görmək istəyir. Elə buna görə də xüsusi olaraq qeyd etmək lazımdır ki, YAP 2018-ci il aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində partiyanın sədri İlham Əliyevin namizədliyini irəli sürməsi ilə insanlarımızın istək və arzularını reallaşdırdı”.

Qeyd edək ki, fevralın 8-də YAP-ın VI qurultayı keçirilib. Qurultayda 2018-ci il aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib. Qərar yekdilliklə qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti