...

Bu gündən əhalinin tibbi müayinəsinə başlanılır - PULSUZ!

Gündəm Materials 12 Fevral 2018 10:44 (UTC +04:00)
Bu gündən əhali yaşadığı ərazi üzrə fəaliyyət göstərən poliklinikalarda sağlamlıq vəziyyətini öyrənmək üçün tibbi müayinələrdən keçə bilər.
Bu gündən əhalinin tibbi müayinəsinə başlanılır - PULSUZ!

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gündən əhali yaşadığı ərazi üzrə fəaliyyət göstərən poliklinikalarda sağlamlıq vəziyyətini öyrənmək üçün tibbi müayinələrdən keçə bilər.

Bunu Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib.

Onun sözlərinə görə, səhiyyə nazirinin müavini Nigar Əliyevanın verdiyi “Azərbaycan Respublikası əhalisinin tibbi müayinələrdən keçirilməsi barədə” sərəncama əsasən, fevral ayının 12-dən may ayının 12-dək ölkə əhalisinin tibbi müayinələrdən keçirilməsi təşkil ediləcək: "Bununla əlaqədar respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinə əhalinin tibbi müayinələrdən keçirilməsinin icrasını şəxsi nəzarətə götürmək tapşırılıb. Sərəncamda xəstəlik aşkar edilmiş şəxslərin yerlərdə, zərurət yarandığı hallarda isə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunması, digər sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Respublika əhəmiyyətli tibb müəssisələrinin rəhbərlərinə mütəxəssislərdən ibarət qruplar müntəzəm olaraq regionlara ezam olunacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti