...

Bakı Nəqliyyat Agentliyinin xarici təcrübəyə çıxış imkanları genişlənib (FOTO)

Gündəm Materials 16 Dekabr 2019 18:26 (UTC +04:00)
Bakı Nəqliyyat Agentliyi İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiyanın (UİTP) Avrasiya Assambleyasının İcrayyə Komitəsinə üzv seçilib
Bakı Nəqliyyat Agentliyinin xarici təcrübəyə çıxış imkanları genişlənib (FOTO)

Bakı. Samir Əli - Trend:

Bakı Nəqliyyat Agentliyi İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiyanın (UİTP) Avrasiya Assambleyasının İcraiyyə Komitəsinə üzv seçilib.

Trend-in məlumatına görə, bu barədə qərar Assambleyanın 10-12 dekabr tarixlərində, Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilən toplantısında qəbul edilib. 2020-2022-ci illəri əhatə edəcək üzvlük müddətində Agentlik UİTP-in ən böyük qollarından biri hesab olunan Avrasiya Assambleyasının illik iş planının hazırlanması və təsdiqlənməsində yaxından iştirak edəcək.

Məlumat üçün bildirək ki, Avrasiya Assambleyası Avrasiya regionundan olan üzv ölkələri özündə birləşdirir. Avrasiya bölməsi hazırda Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Moldova, Rusiya, Ukrayna və Ermənistandan olan 45 üzvdən ibarətdir.

Moskva toplantısında, həmçinin, Avrasiya Assambleyasının 2019-cu il üzrə fəaliyyət hesabatı, növbəti il üçün fəaliyyət istiqamətləri, UİTP Tədris Mərkəzinin təqdimatı, üzvlük bazası, 2020-2021-ci illər üzrə tədqiqat fəaliyyəti kimi məsələlər müzakirə olunub.

Qeyd edək ki, İcrayə Komitəsində təmsilçilik Bakı Nəqliyyat Agentliyinə xarici təcrübəyə birbaşa çıxışı təmin edəcək, müxtəlif ölkələrin şəhərlərində çalışan müvafiq sahə mütəxəssisləri ilə sıx işgüzar əlaqələrin qurulmasına yardım edəcəkdir. Eyni zamanda Beynəlxalq Assosiasiyanın digə struktur bölmələrində daha yaxından təmsil olunması prosesinə təkan vercək. Komitəyə üzvlük Agentliyin mütəxəssislərinin təşkilatın müxtəlif seminar və eyni zamanda proqramlarında iştirakı da mümkün olacaq ki, bu da kadrların peşəkarlıq səviyyəsinin artırılması baxımından da vacib amildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti