...

Belarusla Azərbaycan cinayətlərin araşdırılması ilə bağlı təcrübələrini bölüşəcək

Gündəm Materials 28 İyun 2021 16:50 (UTC +04:00)
Belarusla Azərbaycan cinayətlərin araşdırılması ilə bağlı təcrübələrini bölüşəcək

Bakı. Trend:

Belarusla Azərbaycan cinayətlərin araşdırılması təcrübələrini bölüşmək barədə razılığa gəliblər.

Trend-in məlumatına görə, razılaşma Belarus İstintaq Komitəsinin sədri Dmitri Qorla Azərbaycan Baş Prokurorunun birinci müavini Elçin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı əldə edilib.

Görüş zamanı tərəflər qarşılıqlı fəaliyyətin vəziyyəti və perspektivlərini müzakirə ediblər

Tərəflər iqtisadiyyat, yüksək texnologiyalar və qanunsuz narkotik ticarəti sahələrində müxtəlif növ cinayətlərin araşdırılması təcrübələrini bölüşmək barədə razılığa gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti