...

"Instagram"ın işində fasilələr yaranıb

Gündəm Materials 10 Noyabr 2021 03:09 (UTC +04:00)
"Instagram"ın işində fasilələr yaranıb

Bakı. Trend:

ABŞ-da "Instagram" sosial şəbəkəsinin işində problemlər müşahidə olunur.

Trend-in məlumatına görə, bu barədə Downdetector xidmətinin saytında xəbər verilib.

Qeyd olunub ki, nasazlıqlar barədə məlumat verən istifadəçilərin 55 faizi proqramın işindən şikayət edir, 24 faizi serverə qoşulma zamanı problemlərlə üzləşir, daha 22 faizi isə saytın işində çətinliklər olduğunu qeyd edir.

Böyük Britaniyada da kiçik bir nasazlığın olduğu bildirildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti