...

İstanbulda 1 milyona yaxın zəlzələyə davamlı ev tikiləcək - Nazir

Gündəm Materials 29 Dekabr 2023 00:10 (UTC +04:00)
İstanbulda 1 milyona yaxın zəlzələyə davamlı ev tikiləcək - Nazir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı.

İstanbulda 1 milyona yaxın zəlzələyə davamlı ev tikiləcək.

Trend-in məlumatına görə, bu barədə Türkiyə ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki deyib.

Onun sözlərinə görə, onların tikintisini bir neçe ilə bitirmək planlaşdırılır.

“İstanbulda yeni yaşayış evlərinin tikiləcəyi 12 ərazi müəyyən edilib”, - deyə o bildirib.

Nazir qeyd edib ki, İstanbulda 7 milyon 500 min evdən təxminən 1 milyon 500 mini yaşayış üçün təhlükəli hesab olunur.

Bildirilib ki, ilk növbədə onlardan 600 mini sökülməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti