...

ABŞ prezidenti Qəzzada müvəqqəti atəşkəsə nail olunmasının vacibliyini bildirib

Gündəm Materials 17 Fevral 2024 01:48 (UTC +04:00)
ABŞ prezidenti Qəzzada müvəqqəti atəşkəsə nail olunmasının vacibliyini bildirib

Bakı. Trend:

Fələstinin "HƏMAS" hərəkatı tərəfindən saxlanılan girovların azad edilməsi üçün Qəzza zolağında müvəqqəti atəşkəsə nail olunması vacibdir.

Trend-in məlumatına görə, bu barədə ABŞ Prezidenti Co Bayden bildirib.

"Son həftədə mən İsrailin Baş naziri Binyamin Netanyahu ilə hər biri təxminən bir saat olmaqla ətraflı danışıqlar apardım. Mübahisələr etdim və qəti şəkildə əminəm ki, girovları azad etmək üçün müvəqqəti atəşkəs lazımdır. Ümid edirəm ki, bu, yaxın vaxtlarda həyata keçiriləcək”, - deyə ABŞ lideri qeyd edib.

Bayden əlavə edib ki, yeni müqavilə üzrə danışıqlar davam edir. O, İsrailin yaxın vaxtlarda anklavda hər hansı hərbi əməliyyatın keçirməyəcəyinə ümid etdiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti