...

Kiberdələduzlar tərəfindən “Umico Market”in adından saxta kampaniyalar həyata keçirilir - XƏBƏRDARLIQ (FOTO)

Gündəm Materials 27 Mart 2024 16:00 (UTC +04:00)
Kiberdələduzlar tərəfindən “Umico Market”in adından saxta kampaniyalar həyata keçirilir - XƏBƏRDARLIQ (FOTO)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Kiberdələduzlar tərəfindən “Competo” MMC-nin innovativ alış-veriş platforması olan “Umico Market”in adından saxta kampaniyalar həyata keçirilir.

Trend xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Belə ki, ani mesajlaşma tətbiqləri vasitəsilə vətəndaşlara mesajlar göndərilərək həvəsləndirici vədlər təklif edilir.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlardan bu cür hallara qarşı diqqətli olmağı, hər hansı qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda ilk növbədə, həmin qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti