...

Bakı-Astara marşrutu ilə hərəkət edən qatar adam vurub

Hadisə Materials 16 Aprel 2008 00:44 (UTC +04:00)

Azərbaycan, Lənkəran / Trend müxbir P.Əliyeva/ Aprelin 15-də 22.00 radələrində Bakı-Astara marşrutu ilə hərəkət edən qatar Lənkəran şəhərindən keçərkən 50-55 yaşlı kişini vurub.

Lənkəran Rayon Prokurorluğunun müstəntiqi Rafael Bədəlovun verdiyi xəbərə görə, hadisə nəticəsində zərərçəkənin başı bədənindən ayrılmışdır.

İlkin versiyaya əsasən sui-qəsd ehtimalı istisna olunmur.

Həlak olan vətəndaşın şəxsiyyəti müəyyənləşdirilir. Fakt üzrə Lənkəran prokurorluğunda istintaqa başlanılıb.

Xəbər lenti

Xəbər lenti