...

Azərbaycanın paytaxtında 77 il əvvəl inşa edilmiş bina yanıb - FHN

Hadisə Materials 12 Dekabr 2009 14:12 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytının yaydığı məlumata görə, yanğın zamanı Bakının Sabunçu rayonunda 1932-ci ildə əsasən taxta konstruksiyalardan inşa edilmiş 25 mənzildən ibarət ümumi sahəsi 770 kv.m. olan ikimərtəbəli italyan tipli yaşayış binasının 1-ci və 2-ci mərtəbələrində ayrı-ayrı vətəndaşlara məxsus 7 mənzil yanıb.
Azərbaycanın paytaxtında 77 il əvvəl inşa edilmiş bina yanıb - FHN

Azərbaycan, Bakı, 12 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanın paytaxtında 77 il əvvəl inşa edilmiş binada yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytının yaydığı məlumata görə, yanğın zamanı Bakının Sabunçu rayonunda 1932-ci ildə əsasən taxta konstruksiyalardan inşa edilmiş 25 mənzildən ibarət ümumi sahəsi 770 kv.m. olan ikimərtəbəli italyan tipli yaşayış binasının 1-ci və 2-ci mərtəbələrində ayrı-ayrı vətəndaşlara məxsus 7 mənzil yanıb.

Yanğın ümumilikdə 127 kv.m. sahəni əhatə edib.

Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti