...

Azərbaycan Daxili Qoşunlarının əsgəri xəstəlikdən dünyasını dəyişib

Hadisə Materials 28 Dekabr 2009 12:18 (UTC +04:00)
Hüquq-mühafizə orqanlarındakı mənbənin Trend News-a verdiyi məlumata görə, Zaqatala rayon Hərbi Komissarlığından bu ilin iyulunda hərbi xidmətə çağırılmış Kamil Şeyxəhməd oğlu Əliyev Neyro-Cərrahiyyə Xəstəxanasında ölüb.
Azərbaycan Daxili Qoşunlarının əsgəri xəstəlikdən dünyasını dəyişib

Azərbaycan, Bakı, 28 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan Daxili Qoşunlarının əsgəri xəstəlikdən dünyasını dəyişib.

Hüquq-mühafizə orqanlarındakı mənbənin Trend -a verdiyi məlumata görə, Zaqatala rayon Hərbi Komissarlığından bu ilin iyulunda hərbi xidmətə çağırılmış Kamil Şeyxəhməd oğlu Əliyev Neyro-Cərrahiyyə Xəstəxanasında ölüb.

Mənbənin məlumatına görə, əsgər bir neçə gün komada olub, dekabrın 25-də axşam saatlarında dünyasını dəyişib.

Daxili Qoşunların mətbuat xidmətindən Trend -a verilən məlumata görə, Əliyev xəstəxanada müalicə olunan vaxt DQ-nin əsgəri olmayıb.

O, bir müddət öncə xəstəliyi ilə əlaqədar hərbi xidmətdən tərxis olunub.

Xəbər lenti

Xəbər lenti