...

Azərbaycan paytaxtında ağır yol qəzası - 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb

Hadisə Materials 31 Mart 2010 13:47 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin çərşənbə günü yaydığı məlumata görə, martın 30-da saat 01:00 radələrində, Əzizbəyov rayonu Pirallahı qəsəbəsi ərazisində qəsəbə sakini Fəxrəddin Əhmədov "Fiat" markalı avtomaşını idarə edərkən onu ağaca vurub.
Azərbaycan paytaxtında ağır yol qəzası - 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan paytaxtında ağır yol qəzası olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin çərşənbə günü yaydığı məlumata görə, martın 30-da saat 01:00 radələrində, Əzizbəyov rayonu Pirallahı qəsəbəsi ərazisində, qəsəbə sakini Fəxrəddin Əhmədov "Fiat" markalı avtomaşını idarə edərkən onu ağaca vurub.

Nəticədə, Əhmədov hadisə yerində ölüb, xəsarət almış sərnişinlər - oğlu Ramin, həmyerliləri Fərhad Məmmədov, Kamran Umudov və Hüseyn Əliyev isə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Əzizbəyov Rayon Polis İdarəsində cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti