...

Azərbaycanın "SilkWay" aviaşirkəti təyyarənin qəzaya uğraması ilə əlaqədar qaynar xətt açıb

Hadisə Materials 7 İyul 2011 12:57 (UTC +04:00)
"SilkWay" aviaşirkəti İL-76 4K-AZ 55 nəqliyyat təyyarəsinin qəzaya uğraması ilə əlaqədar qaynar telefon xətti açıb.
Azərbaycanın "SilkWay" aviaşirkəti təyyarənin qəzaya uğraması ilə əlaqədar qaynar xətt açıb

Azərbaycan, Bakı, 7 iyul /Trend/

"SilkWay" aviaşirkəti İL-76 4K-AZ 55 nəqliyyat təyyarəsinin qəzaya uğraması ilə əlaqədar qaynar telefon xətti açıb. Hadisə ilə bağlı bütün lazımi məlumatı bu telefonlara zəng etməklə əldə etmək olar: (+99450) 2259460 və (+99412) 4374757.

"İyulun 6-na keçən gecə Əfqanıstanda qəzaya uğramış "Silk Way" aviaşirkətinin İL-76 4K-AZ 55 yük təyyarəsinin 9 ekipaj üzvündən 5-i Azərbaycan vətəndaşı olub, onlardan 4-ü azərbaycanlı idi, - Şikarov bildirib. - Digər ekipaj üzvləri isə Özbəkistan vətəndaşları olublar".

"Bütün ekipaj üzvləri həlak olub", - səfir Əfqanıstanın rəsmi şəxslərinə istinadən deyib.

Bakı-Baqram marşrutu ilə hərəkət edən və saat 21:26-da (yerli vaxtla) havaya qalxan təyyarənin göyərtəsində Heydər Əliyev beynəlxalq hava limanından qəbul etdiyi 18 ton yük olub.

Yük tutumu 40 ton olan təyyarə 2005-ci ildə tikilib və 2011-ci ilin fevralında tam texniki baxışdan keçib. 2011-ci ilin iyununda o, növbəti texniki baxışdan keçib.

Xüsusi komissiyanın nümayəndələri Azərbaycanın "Silk Way" aviaşirkətinin təyyarəsinin qəzaya uğrama səbəblərini araşdırmaq üçün Əfqanıstandadırlar və hadisənin baş verdiyi yerə getməyə hazırlaşırlar. Bu barədə cümə axşamı Trend-ə hadisənin araşdırılması üzrə komissiyanın üzvü, "Silk Way" aviaşirkəti direktorunun müşaviri Adil Qasımov deyib.

Onun sözlərinə görə, komissiyanın işinə Əfqanıstanda Beynəlxalq Koalisiya Qüvvələri (ISAF) və Əfqanıstanın Dövlət Administrasiyası dəstək verir.

Komissiyanın tərkibinə Azərbaycan Mülki Aviasiya Administrasiyasının nümayəndələri və "Silk Way"in mütəxəssisləri daxildir.

Xəbər lenti

Xəbər lenti