...

Yerevanda qəzet redaktorunun üzərində zorakılıq izləri olan cəsədi tapılıb

Hadisə Materials 13 Sentyabr 2011 14:52 (UTC +04:00)
Yerevanda qəzet redaktorunun üzərində zorakılıq izləri olan cəsədi tapılıb
Yerevanda qəzet redaktorunun üzərində zorakılıq izləri olan cəsədi tapılıb

Azərbaycan, Bakı, 13 sentyabr /Trend/

Ermənistanın hüquq-mühafizə orqanları sentyabrın 1-də Kotaysk vilayətində cəsədi tapılan qadının şəxsiyyətini müəyyən ediblər. Həlak olan Yerevanın "Menk merontsov" qəzetinin redaktoru, sentyabrın 10-dan itkin düşmüş kimi axtarışda olan 51 yaşlı Alvard Abramyan olub. Bu barədə Ermənistan Polisinin mətbuat xidməti məlumat verib. Trend-in məlumatına görə, xəbəri Armenia Today yayıb.

Sentyabrın 1-də Boğçaberd kəndindəki "Çarentsi kamar" abidəsi yaxınlığında, yoldan 45 metr kənarda bir qadın meyiti tapılıb. Cəsədin boyun nahiyəsində zorakılıq əlamətləri olub.

Xəbər lenti

Xəbər lenti