...

İrandan Azərbaycana gələn şəxsin düz bağırsağında narkotik vasitə aşkarlanıb

Hadisə Materials 2 İyun 2012 10:10 (UTC +04:00)
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsində İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Haqverdiyev Nazim İsa oğlu üzərində şəxsi yoxlama aparılıb.
İrandan Azərbaycana gələn şəxsin düz bağırsağında narkotik vasitə aşkarlanıb

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir K.Zərbalıyeva/

İrandan Azərbaycana gələn şəxsin düz bağırsağında 30 qramdan artıq narkotik vasitə aşkarlanıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsində İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Haqverdiyev Nazim İsa oğlu üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı onun daxili orqanı - düz bağırsağından, gömrük nəzarətindən gizlədilmiş, selofana bükülərək qablaşdırılmış 1 ədəd uzunsov bükümdə sellofan kəsiyinə bükülü, ümumilikdə 6 büküm olmaqla - 3 ədəd bükümdə ümumi xalis çəkisi 28,973 qram olan narkotik vasitə - tiryək, digər 3 ədəd bükümdə isə ümumi xalis çəkisi 12,117 qram olan psixatrop maddə - metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti