...

Bakıda bazarların birində bomba həyacanı yaşanıb

Hadisə Materials 7 İyun 2012 12:29 (UTC +04:00)
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, iyunun 6-da saat 03.30 radələrində, naməlum şəxs "102 Zəng Mərkəzi"nə zəng edərək Xətai prospektindəki bazara bomba qoyulması barədə məlumat verib.
Bakıda bazarların birində bomba həyacanı yaşanıb

Azərbaycan, Bakı, 7 iyun / Trend müxbir K.Zərbalıyeva/

Bakıda bazarların birində bomba həyacanı yaşanıb.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, iyunun 6-da saat 03.30 radələrində, naməlum şəxs "102 Zəng Mərkəzi"nə zəng edərək Xətai prospektindəki bazara bomba qoyulması barədə məlumat verib.

Nərimanov rayonu 18-ci polis bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb, məlumat təsdiqini tapmayıb.

Məlumatı vermiş Bakı şəhər sakini 26 yaşlı Ruslan Əsədov tutulub.

Xəbər lenti

Xəbər lenti