...

Azərbaycanda istirahət günlərində yol qəzalarında 14 nəfər ölüb, 18 nəfər xəsarət alıb

Hadisə Materials 8 Oktyabr 2012 12:18 (UTC +04:00)
Azərbaycanda istirahət günlərində 17 yol qəzası qeydə alınıb.
Azərbaycanda istirahət günlərində yol qəzalarında 14 nəfər ölüb, 18 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda istirahət günlərində 17 yol qəzası qeydə alınıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, qəzalarda 14 nəfər həlak olub, 18 nəfər xəsarət alıb.

Qəzaların 10-u (6 ölüm, 13 xəsarət) şənbə günü, 7-si (8 ölüm, 5 xəsarət) bazar günü baş verib.

Qəzalar daha çox piyadaların vurulması, toqquşma, maneəyə vurma və aşma olub.

Xəbər lenti

Xəbər lenti