...

Bakı–Qazax yolunda ağır qəza baş verib, ölənlər var

Hadisə Materials 17 Fevral 2013 12:54 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı–Qazax yolunun 260-cı kilometrliyində Ucar rayonu ərazisində "Nissan" markalı minik avtomobili ilə "Shaqman" markalı yük avtomobili toqquşub.
Bakı–Qazax yolunda ağır qəza baş verib, ölənlər var

Azərbaycan, Bakı, 17 fevral /Trend/

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Qazax yolunun 260-cı kilometrliyində Ucar rayonu ərazisində "Nissan" markalı minik avtomobili ilə "Shaqman" markalı yük avtomobili toqquşub. Bu barədə FHN-nin rəsmi saytında məlumat verilib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, deformasiyaya uğramış minik avtomobilinin sürücüsü 1991-ci il təvəllüdlü Məmmədov Elşən Həsənxan oğlu və sərnişinlər 1966-cı il təvəllüdllü Məmmədov Həsənxan Paşa oğlu və 2 nəfər şəxsiyyətləri məlum olmayan qadın aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində həlak olublar.

E.Məmmədov, sərnişin H.Məmmədov və şəxsiyyəti məlum olmayan 1 nəfər qadının meyitləri təhlükəsizlik qaydalarına riayət olunmaqla yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə olunmaqla avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil veriliblər.

Minik avtomobilində olan şəxsiyyəti məlum olmayan 1 nəfər qadın və yük avtomobilinin sürücüsü yanğısöndürən xilasedicilər hadisə yerinə çatana kimi vətəndaşlar tərəfindən çıxarılıblar.

Əməliyyat saat 08:40-dab başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti