...

Ələt-Astara yolunda ölümlə nəticələnən qəza baş verib

Hadisə Materials 23 Fevral 2013 10:39 (UTC +04:00)
Ələt-Astara yolunun 146-cı kilometrliyində, Cəlilabad rayonu ərazisində 1968-ci il təvəllüdlü Teymur İbrahim oğlu Babayevin idarə etdiyi “Mercedes” markalı minik avtomobili ağaca çırpılıb.
Ələt-Astara yolunda ölümlə nəticələnən qəza baş verib

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir İ.İsabalayeva/

Ələt-Astara yolunun 146-cı kilometrliyində, Cəlilabad rayonu ərazisində 1968-ci il təvəllüdlü Teymur İbrahim oğlu Babayevin idarə etdiyi "Mercedes" markalı minik avtomobili ağaca çırpılıb.

Trend şənbə günü Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, sürücü xəsarət alıb.

Maşındakı sərnişin - 1971-ci il təvəllüdlü Şəlalə Böyükxan qızı Mehdiyeva hadisə yerində ölüb. Yanğınsöndürən-xilasedicilər yaralı T.Babayevi və Ş.Mehdiyevanın cəsədini deformasiyaya uğramış avtomobildən müvafiq qaydada çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti