...

Ağcabədi rayonunda su kanalında batmış yeniyetmənin meyiti tapılıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 7 Aprel 2013 13:20 (UTC +04:00)
Aprel ayının 6-da Ağcabədi rayonu, Avşar kəndi ərazisində su kanalında batan 1996-cı il təvəllüdlü Cəsarət Adil oğlu Aslanovun axtarışları başa çatdırılıb.
Ağcabədi rayonunda su kanalında batmış yeniyetmənin meyiti tapılıb (ƏLAVƏ OLUNUB)

(İlk xəbər 09:29-da yayılıb)

Azərbaycan, Bakı, 7 aprel /Trend/

Aprel ayının 6-da Ağcabədi rayonu, Avşar kəndi ərazisində su kanalında batan 1996-cı il təvəllüdlü Cəsarət Adil oğlu Aslanovun axtarışları başa çatdırılıb. Trend-in məlumatına görə, bu haqda Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında xəbər verilib.

Məlumatda deyilir ki, qeyd olunan şəxsin meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 10:45-də başa çatıb.

Xəbər lenti

Xəbər lenti