...

Samuxda polisin iştirakı ilə yol qəzası baş verib, ölən var

Hadisə Materials 15 Aprel 2013 11:16 (UTC +04:00)
Samuxda zəncirvari qəza baş verib, bir nəfər ölüb.
Samuxda polisin iştirakı ilə yol qəzası baş verib, ölən var

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir İ.İzzət/

Samuxda zəncirvari qəza baş verib, bir nəfər ölüb.

Trend Türkel TV-ə istinadən xəbər verir ki, Samux rayonunda ağır yol qəzası baş verib. Niyaməddin Əliyevin idarə etdiyi "Mersedes" markalı avtomobil Samux-Gəncə yolunda yüksək sürətlə idarə olunarkən yoldan çıxıb və ağaca çırpılıb.

Baş verən qəzada yaralanmış sürücüyə kömək etmək məqsədi ilə Gəncə sakini Qoşqar Fərəcov "Opel" markalı avtomobili yol kənarında saxlayıb hadisə yerinə yaxınlaşan zaman Kəpəz Rayon Polis Şöbəsin sahə müvəkkili Valeh Xəlilov idarə etdiyi "Mersedes" markalı avtomobili ilə ağaca çırpılan maşınla toqquşub. Nəticədə Niyaməddin Əliyevin idarə etdiyi avtomobilin sərnişini Mehman Mədətov dünyasını dəyişib. "Opel" in sürücüsü Fərəcov isə xəsarət alıb.

Faktla bağlı araşdırma aprılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti