...

Xaçmazda 2 uşaq atası qətlə yetirildi

Hadisə Materials 16 Aprel 2013 07:39 (UTC +04:00)
Trend Regional TV-yə istinadən xəbər verir ki, gecə saatlarında 32 yaşlı Xaçmaz rayon sakini bıçaqlanaraq qətlə yetirilib.
Xaçmazda 2 uşaq atası qətlə yetirildi

Azərbaycan, Bakı, 16 aprel /Trend/

Trend Regional TV-yə istinadən xəbər verir ki, gecə saatlarında 32 yaşlı Xaçmaz rayon sakini bıçaqlanaraq qətlə yetirilib.

Hadisə Xaçmaz-Xaspoladoba yolunun Xaçmaz şəhəri ərazisindən keçən hissəsində baş verib.

Şəhərin Bakı küçəsi, ev 2 ünvanında yaşayan 32 yaşlı İbrahimov Samir Nadir oğlu bıçaqlanaraq qətlə yetirilib. Ürək nayihəsindən bir neçə bıçaq zərbəsi alan Samir İbrahimov elə hadisə yerində dünyasını dəyişib. Onun meyiti Xaçmaz rayonunun meyitxanasında müayinə olunduqdan sonra ailəsinə təhvil verilib.

Hadisənin kim tərəfindən və hansı səbəbdən törədilməsi hələlik məlum deyil.

Qətli törədən şəxs və yaxud şəxslər cinayət alətini də götürərək hadisə yerindən qaçıblar.

Hazırda qətli törədənlərin müəyyən olunub saxlanması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Mərhum Samir İbrahimov evlidir, 2 övladı var. Xaçmaz rayon Prokurorluğunda aparılan araşdırmaların sonunda hadisəyə hüquqi qiymət veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti