...

Yararlılıq və istifadə müddəti bitmiş tikinti materialları aşkarlanıb

Hadisə Materials 16 Aprel 2013 13:45 (UTC +04:00)
Trend-in DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən Bakı-Şamaxı yolunda tikinti materiallarının satışı mağazasının sahibi, Müşfiqabad qəsəbə sakini Sərxan Baxışovun alıcıya yararlılıq və istifadə müddəti bitmiş külli miqdarda boya satması müəyyən edilib.
Yararlılıq və istifadə müddəti bitmiş tikinti materialları aşkarlanıb

Azərbaycan, Bakı, 16 aprel /Trend/

Bakı-Şamaxı yolunda tikinti materiallarının satışı mağazasında yararlılıq və istifadə müddəti bitmiş materiallar aşkarlanıb.

Trend-in DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən Bakı-Şamaxı yolunda tikinti materiallarının satışı mağazasının sahibi, Müşfiqabad qəsəbə sakini Sərxan Baxışovun alıcıya yararlılıq və istifadə müddəti bitmiş külli miqdarda boya satması müəyyən edilib.

Mağazaya baxış zamanı yararlılıq və istifadə müddəti bitmiş müxtəlif tikinti materialları aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti