...

İranda yenidən güclü zəlzələ baş verib, 3 nəfər ölüb (ƏLAVƏ OLUNUB-2)

Hadisə Materials 18 Aprel 2013 20:50 (UTC +04:00)
İranın Təbriz şəhərində 5,2 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend İran KİV-ə istinadən məlumat verir.
İranda yenidən güclü zəlzələ baş verib, 3 nəfər ölüb (ƏLAVƏ OLUNUB-2)

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir İ.İzzət/

İranın Mərənd şəhərində 5,2 bal gücündə zəlzələ baş verib. Zəlzələ Təbrizdə də hiss olunub. Bu barədə Trend İran KİV-ə istinadən məlumat verir.

IRIB telekanalının məlumatına görə, zəlzələ nəticəsində üç nəfər həlak olub.

AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, yerli vaxtla saat 15:39-da Naxçıvandan 82 km cənub-qərbdə, İran İslam Respublikasının ərazisində Mərənd şəhərindən 21 km cənub-qərbdə zəlzələ qeydə alınıb.

Zəlzələnin maqnitudası 5,2 bal təşkil edib. Zəlzələ yerin 10 km dərinliyində baş verib.

Zəlzələ Azərbaycan ərazilərində hiss ollunub. Belə ki, zəlzələnin təsiri Naxçıvan və Ordubad ərazisində 3 bala qədər hiss olunub.

Qeyd edək ki, bu, son 10 gündə İran ərazisində qeydə alınan üçüncü zəlzələdir. Zəlzələlər nəticəsində 33 nəfər ölüb, 877 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti