...

FHN: Bakıda 160-a yaxın insan təhlükədən xilas edilib

Hadisə Materials 25 Aprel 2013 12:03 (UTC +04:00)
Aprelin 23-24-də yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin Xətai və Sabunçu rayonlarında bəzi ərazilər yağış və qrunt suları ilə dolub.
FHN: Bakıda 160-a yaxın insan təhlükədən xilas edilib

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Aprelin 23-24-də yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin Xətai və Sabunçu rayonlarında bəzi ərazilər yağış və qrunt suları ilə dolub.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, FHN Mülki Müdafiə Qoşunları, Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası hadisə rayonlarına cəlb olunub.

Xilasetmə əməliyyatları nəticəsində paytaxtın Xətai rayonunda 20-yə yaxın insan, Sabunçu rayonunda 140-a yaxın insan tərəfimizdən xilas olunub. Qeyd edək ki, Xətai və Sabunçu rayonlarında, təxminən, 90-a qədər fərdi yaşayış evi və həyətyanı sahə subasmaya məruz qalıb.

Hazırda yağış və qrunt suları ilə dolmuş ərazilərdə suçəkmə işləri davam etdirilir. Suçəkmə işləri FHN-nin Mülki müdafiə qoşunlarının müvafiq qüvvələri tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti