...

Bu gecə Azərbaycanda bir neçə yanğın hadisəsi qeydə alınıb

Hadisə Materials 28 Aprel 2013 07:45 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Salyan rayonu, Parça Xələc kəndində (rayon mərkəzindən 22 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli 4 aynabənddən ibarət evin taxta konstruksiyaları və ev əşyaları yanıb.
Bu gecə Azərbaycanda bir neçə yanğın hadisəsi qeydə alınıb

Azərbaycan, Bakı, 28 aprel /Trend/

Azərbaycanda bir neçə yanğın hadisəsi qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Salyan rayonu, Parça Xələc kəndində (rayon mərkəzindən 22 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli 4 aynabənddən ibarət evin taxta konstruksiyaları və ev əşyaları yanıb.

Evə bitişik olan köməkçi tikili yanğından mühafizə olunub. Yanğın saat 00:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Zaqatala rayonu, Muxax kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 44 kvadratmetr olan birmərətəbəli 2 oatqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğın saat 02:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Neftçala rayonunda vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 8 kvadratmetr olan hamamın yanar konstruksiyaları yanıb. Btişik tikili yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti