...

Türkiyə polisi Taksim meydanındakı vəziyyəti nəzarət altına alıb (VİDEO)

Hadisə Materials 11 İyun 2013 11:32 (UTC +04:00)
Türkiyə polisi Taksim meydanındakı vəziyyəti nəzarət altına alıb.
Türkiyə polisi Taksim meydanındakı vəziyyəti nəzarət altına alıb (VİDEO)

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə polisi Taksim meydanındakı vəziyyəti nəzarət altına alıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "TRT Haber" telekanalı xəbər yayıb.

Telekanalın məlumatına görə, bəzi nümayişçilər polislərə "Molotov kokteyli" atıblar.

Bu gün səhər saatlarında İstanbul polisi Taksim meydanına gedən yolları bağlayıb. Həmin vaxt bəzi qruplar Taksim meydanında etiraz aksiyalarını davam etdirirdilər.

Daha əvvəl məlumat yayılıb ki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan iyun ayının 12-də Taksim meydanında olan etirazçıların nümayəndələri ilə görüşəcək.

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti