...

Türkiyəyə qaçaq yolla silah gətirən dəstənin üzvləri həbs edilib

Hadisə Materials 21 Noyabr 2013 00:22 (UTC +04:00)
İstanbulun Pendik rayonunda aparılan əməliyyat zamanı 73 silah ələ keçirilib, 18 nəfər saxlanılıb.
Türkiyəyə qaçaq yolla silah gətirən dəstənin üzvləri həbs edilib

Azərbaycan, Bakı, 21 noyabr /Trend/

İstanbulun Pendik rayonunda aparılan əməliyyat zamanı 73 silah ələ keçirilib, 18 nəfər saxlanılıb.

Trend Türkiyənin "Anadolu" agentliyinə istinadən məlumat verir ki, Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları bir qrup şəxsdən ibarət dəstənin Amerika, Gürcüstan və Xorvatiyadan qaçaq yollarla silah gətirərək Türkiyədə satdığını aşkar ediblər.

Polis əməkdaşları bir illik təqibdən sonra dəstənin lideri olduğu iddia edilən şəxsin Pendikdəki evinə basqın ediblər. Əməliyyat çərçivəsində həmin şəxslə yanaşı, dəstə ilə əlaqəsi olduğu bildirilən 17 nəfər də saxlanılıb.

Axtarışlar zamanı evin həyətində torpağa basdırılmış halda, arasında əldəqayırma silahlar, "Glock", "Uzi" və "HS2000" markalı tapançaların da olduğu 73 silah aşkar edilib.

Faktla bağlı araşdırma davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti