...

Şəki sakini ehtiyatsızlıqdan özünü güllələyib

Hadisə Materials 2 Fevral 2014 13:44 (UTC +04:00)
Şəki sakini ehtiyatsızlıqdan özünü güllələyib.
Şəki sakini ehtiyatsızlıqdan özünü güllələyib

Azərbaycan, Bakı, 2 fevral /Trend /

Şəki sakini ehtiyatsızlıqdan özünü güllələyib.

Trend Kanal S-ə istinadən məlumat verir ki, hadisə rayonun Aran kəndində qeydə alınıb. Kənd sakini 1985-ci il təvəllüdlü Azər Tupik oğlu Məmmədov atı ilə taxıl sahəsindən qayıdan zaman həyətlərində atdan düşmək istəyib. Bu zaman xəsarət alanın çiynindəki ov tüfəngi ehtiyatsızlıqdan açılıb.

Nəticədə Azər Məmmədov ayağından yaralanıb. Yaralı dərhal yaxınları tərəfindən Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, xəsarət alan 3 uşaq atasıdır.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti