...

Türkiyədə təyyarəni qaçırmaq istəyən ukraynalı fəalların azad olunmasını tələb edirmiş

Hadisə Materials 8 Fevral 2014 20:27 (UTC +04:00)
Ötən gün Xarkov-İstanbul reysini həyata keçirən təyyarəni qaçırmağa cəhd edən ukraynalı ölkəsində həbs olunan fəalların azad edilməsini tələb edirmiş
Türkiyədə təyyarəni qaçırmaq istəyən ukraynalı fəalların azad olunmasını tələb edirmiş

Azərbaycan, Bakı, 8 fevral /Trend/

Ötən gün Xarkov-İstanbul reysini həyata keçirən təyyarəni qaçırmağa cəhd edən ukraynalı ölkəsində həbs olunan fəalların azad edilməsini tələb edirmiş. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə yerli KİV-lər xəbər yayıb.

Ukrayna Təhlükəsizlik Xidmətinin Baş İstintaq İdarəsinin rəisi Maksim Lenkoetin sözlərinə görə, 44 yaşlı kişi pilotların kabinəsinə soxulmağa cəhd edib, təyyarənin istiqamətinin dəyişdirilməsini və Ukraynada həbs edilən etirazçıların azad edilməsini tələb edib:

"Təyyarənin Soçiyə istiqamətləndirilməsi tələbi yerinə yetirilmədikdə isə sərnişin onda partlayıcı qurğu olduğunu və təyyarəni partladacağını bildirib. Ekipaj üzvləri təyyarəni aldadıcı manevr etməklə onu sakitləşdiriblər və təyyarə İstanbula enib. Enişdən sonra təyyarədə hər hansı təhlükəli əşya tapılmayıb. Ukrayna vətəndaşı Türkiyə hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub".

Hazırda Ukraynanın İstanbuldakı Baş konsulluğu saxlanılan şəxslə görüşü gözləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti