...

İmişlidə baş vermiş yol qəzasında ölən və yaralanan var

Hadisə Materials 4 Aprel 2014 13:39 (UTC +04:00)
İmişli rayonu ərazisində baş vermiş yol qəzasında ölən və yaralanan var.
İmişlidə baş vermiş yol qəzasında ölən və yaralanan var

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir İ.İzzət/

İmişli rayonu ərazisində baş vermiş yol qəzasında ölən və yaralanan var.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, aprelin 3-də saat 14 radələrində İmişli rayonu Ağammədli kəndinin ərazisində Göyçay rayon sakini Şakir Əmirovun idarə etdiyi "Mercedes" və Qızılkənd kənd sakini Əli Şıxəliyevin idarə etdiyi "VAZ-21074" markalı avtomobillər toqquşub.

Nəticədə Ə.Şıxəliyev hadisə yerində ölüb, Ş.Əmirov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti