...

Səhiyyə Nazirliyi: Binəqədidə baş vermiş yanğından 8 nəfər zərər çəkib (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 6 Aprel 2014 15:07 (UTC +04:00)
Səhiyyə Nazirliyi Bakının Binəqədi rayonundakı poladərtimə zavodunun arxasında yerləşən taxta bazasında baş verən yanğınla bağlı rəsmi məlumatını açıqlayıb.
Səhiyyə Nazirliyi: Binəqədidə baş vermiş yanğından 8 nəfər zərər çəkib (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 13:52-də yayılıb)

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir İ.İsabalayeva/

Səhiyyə Nazirliyi Bakının Binəqədi rayonundakı poladərtimə zavodunun arxasında yerləşən taxta bazasında baş verən yanğınla bağlı rəsmi məlumatını açıqlayıb.

Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səhər 8:30-da başlamış yanğınla bağlı 103 xidmətinə hadisə şahidləri məlumat veriblər.

Təcili Tibbi Yardım briqadası hadisə yerində yanğından zərər çəkmiş 8 nəfərə yardım göstərib. Onların dördünə ambulator yardım göstərilib. Dörd nəfər isə Təcili Tibbi Yardım briqadası tərəfindən Kliniki Tibbi Mərkəzinin toksikologiya şöbəsinə aparılıb.

Yanğın hazırda davam edir və 103 xidmətinin iki briqadası hadisə yerindədir.

Səhiyyə Nazirlikdən əlavə ediblər ki, toksikologiya şöbəsinə yerləşdirilən 4 nəfərdən ikisinin vəziyyəti orta ağırdır, iki nəfərin isə vəziyyəti yaxşıdır. Həmin şəxslərin bu gün axşam saatlarında evə buraxılacağı gözlənilir.

Zərərçəkənlər tüstüdən boğulma ilə əlaqədar xəstəxanaya yerləşdiriliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti