...

Bakılı qadın kafedə əxlaqsızlıq yuvası təşkil edibmiş

Hadisə Materials 14 Aprel 2014 12:21 (UTC +04:00)
Bakı şəhər sakininin əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.
Bakılı qadın kafedə əxlaqsızlıq yuvası təşkil edibmiş

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir İ.İzzət/

Bakı şəhər sakininin əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Leyla Fətəliyeva saxlanılıb.

Sabunçu qəsəbəsi ərazisindəki kafelərdən birinin sahibi olan Leyla Fətəliyevanın orada əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti