...

Qayıqda köməksiz vəziyyətdə qalan şəxslər xilas ediliblər

Hadisə Materials 10 May 2014 18:32 (UTC +04:00)
Qayıqla gəzintiyə çıxmış şəxslər köməksiz vəziyyətdə qalıblar.
Qayıqda köməksiz vəziyyətdə qalan şəxslər xilas ediliblər

Azərbaycan, Bakı, 10 may /Trend/

Qayıqla gəzintiyə çıxmış şəxslər köməksiz vəziyyətdə qalıblar.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Xəzər rayonunda rezin qayıqla dənizə gəzintiyə çıxmış 2 nəfər (xilasetmə məntəqəsindən 700 m məsafədə, 1800 m dənizin içərisinə doğru) köməksiz vəziyyətdə qalıb.

Dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti hadisə yerinə cəlb olunub. Həmin şəxslər xilasedicilər tərəfindən xilas edilmiş və aidiyyəti üzrə təhvil veriliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti