...

Hacıqabulda 3 tona yaxın narkotik tərkibli bitki aşkar olunub

Hadisə Materials 14 Oktyabr 2014 13:47 (UTC +04:00)
Hacıqabul rayonu ərazisində 2 ton 833 kiloqramdan artıq çətənə bitkisi aşkar olunaraq məhv edilib.
Hacıqabulda 3 tona yaxın narkotik tərkibli bitki aşkar olunub

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir İlkin İzzət/

Hacıqabul rayonu ərazisində 2 ton 833 kiloqramdan artıq çətənə bitkisi aşkar olunaraq məhv edilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından Trend-ə bildiriblər ki, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2014" şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq əməliyyat-axtarış tədbirləri keçirilib. Görülən tədbirlər nəticəsində rayonunun Abdulabad və Ağacanlı kəndləri ərazisində 3094 ədəd, ümumi çəkisi 2 ton 833 kq olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunub. Kollar yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti