...

Şamaxıda ağır yol qəzası baş verib, ölən var

Hadisə Materials 9 May 2015 09:39 (UTC +04:00)
Şamaxı rayonunda ağır yol qəzası baş verib.
Şamaxıda ağır yol qəzası baş verib, ölən var

Azərbaycan, Bakı, 9 may /Trend, müxbir İlhamə İsabalayeva/

Şamaxı rayonunda ağır yol qəzası baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Şamaxı rayonu, Sabir qəsəbəsində (rayon mərkəzindən 7 km aralı) "KAMAZ" markalı yük avtomobili ilə "VAZ" markalı minik avtomobili toqquşub. Nəticədə "VAZ" markalı minik avtomobilinin sürücüsü Həsənov Nizami Müseyib oğlu xəsarət alaraq nəqliyyat vasitəsində vəfat edib. Yanğınsöndürən-xilasedicilər N.Həsənovun cəsədini avtomobildən çıxarıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti